İspaniyada qatar faciəsində itkin düşən 60-dan çox insan tapılmır

İspaniyada qatar faciəsində itkin düşən 60-dan çox insan tapılmır
Dünya 29 Oktyabr 2026 18:47

İspaniyanın Toledo əyalətində iki qatarın toqquşması nəticəsində itkin düşən 60-dan çox insanın taleyi hələ də naməlum olaraq qalır.

Sitat.info xəbər verir ki, bu barədə Mülki Qvardiyanın məlumatlarına istinadən "Pais" nəşri məlumat yayıb.

Qəzetin yazdığına görə, qurum Urda yaşayış məntəqəsi yaxınlığında baş vermiş qəza ilə əlaqədar itkin düşənlər barədə 64 müraciət qeydə alıb.

Şikayətlər toqquşan qatarlarda olan və hazırda əlaqə saxlamaq mümkün olmayan sərnişinlərin qohumlarından daxil olub. Mülki Qvardiya bu müraciətlərin dərindən araşdırılması məqsədilə xüsusi xidmət bölməsi yaradıb.

Xatırladaq ki, oktyabrın 28-də İspaniyanın Toledo əyalətində iki sərnişin qatarı toqquşub. Qəza nəticəsində ən azı 68 nəfər həlak olub, xeyli insan isə müxtəlif dərəcəli xəsarətlər alıb. Hadisənin ilkin səbəbi kimi hərəkəti idarəetmə sistemindəki nasazlıqdan sonra baş verən insan amili göstərilir.