Bakıda idmançı məşq zamanı öldü

Bakıda idmançı məşq zamanı öldü
HADİSƏ 29 Oktyabr 2026 18:14

Bakıda idman zalında ölüm hadisəsi olub.

Sitat.info Lent.az-a istinadla xəbər verir ki, hadisə Nizami rayonu ərazisindəki zallardan birində baş verib.

Burada məşq edən 20 yaşlı Rəsul Nəsibov qəfil dünyasını dəyişib. Onun ürək çatışmazlığından öldüyü ehtimal edilir.

Faktla bağlı araşdırma aparılır.