Qəzada ağır yaralanan sürücü xəstəxanada öldü

Qəzada ağır yaralanan sürücü xəstəxanada öldü
HADİSƏ 30 Oktyabr 2026 10:45
Paytaxtın Heydər Əliyev prospektində ölümlə nəticələnən yol qəzası baş verib.

Sitat.info xəbər verir ki, oktyabrın 28-i saat 21 radələrində Nəcəfzadə Bahəddin Əfqan oğlunun idarə etdiyi “Lada Granta” markalı avtomobil prospektin “Koroğlu” metro stansiyası istiqamətində hərəkətdə olarkən eyni istiqamətdə hərəkətdə olan Seyidov Şamo Hüseynağa oğlunun sürdüyü “Man” markalı yük avtomobilinin yarımqoşqusuna dəyib.

B.Nəcəfzadə Respublika Neyrocərahiyyə Xəstəxanasına aparılıb və oktyabrın 29-u orada ölüb.

Faktla bağlı Sabunçu RPİ-də cinayət işi açılıb.