Qaxda silsilə oğurluqlar edən şəxs saxlanıldı

Qaxda silsilə oğurluqlar edən şəxs saxlanıldı
HADİSƏ 30 Oktyabr 2026 14:28

Qaxda silsilə oğurluqlar edən şəxs saxlanılıb.

Sitat.info xəbər verir ki, Qax rayonunda yerləşən evdən məişət əşyaları oğurlanması barədə polisə məlumat daxil olub.

    Polisin keçirdiyi tədbirlərlə əməli törətməkdə şübhəli bilinən S.Məmmədli müəyyən edilərək saxlanılıb.

    Araşdırmalarla onun rayon ərazisində yerləşən bir neçə fərdi yaşayış evindən də oğurluq etdiyi müəyyənləşdirilib.

    Faktla bağlı cinayət işi başlanılıb. S.Məmmədli barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.