İntim videoları yayılan türkiyəli deputat istefa verdi

İntim videoları yayılan türkiyəli deputat istefa verdi
Dünya 30 Oktyabr 2026 15:27

Türkiyədə deputat Mustafa Sarıgül Yeni Partiya üzvlüyündən istefa verdiyini açıqlayıb.

Sitat.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, Sarıgül bu qərarı haqqında aparılan təhqiqat səbəbindən yaranan müzakirələrin partiyasına zərər vurmaması üçün etdiyini bildirib.

Partiyasının araşdırmalarla bağlı mübahisələrdən kənar tutmaq istəyən Sarıgül, ədalətin bərqərar olacağını və partiyaya qayıdacağını bildirib.

İntim videoları yayılan türkiyəli deputat istefa verdi - Foto

Qeyd edək ki, Türkiyədə çirkli pulların yuyulması şübhəsi ilə deputat, ailəsi barəsində başlanmış araşdırma yeni qalmaqallı detallarla diqqət çəkir. İşdə cinsi zorakılıq iddiaları və siyasətçinin keçmiş sürücüsünün sözlərinə görə, mafiya qruplaşmalarının əlinə keçmiş intim videoçəkilişlər də yer alır.