Sirkədən zəhərlənən qadın öldü

Sirkədən zəhərlənən qadın öldü
HADİSƏ 30 Oktyabr 2026 14:35

Bakıda zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilən qadın vəfat edib.

Sitat.info xəbər verir ki, hadisə Nərimanov rayonunda qeydə alınıb.

Oktyabrın 28-i Gülarə Zeynalova sirkə turşusundan zəhərlənmə diaqnozu ilə xəstəxanaya gətirilib. Tibbi yardıma baxmayaraq o, oktyabrın 29-u vəfat edib.

Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda araşdırma aparılır.