Faciəvi şəkildə həlak olan jurnalistlə bağlı təsirli fakt
Türkiyənin Nevşehir vilayətinin Göreme qəsəbəsində qopan qaya parçalarının altında qalaraq həyatını itirən jurnalist Fateh Əray Tuna ilə bağlı ürəkdağlayan fakt üzə çıxıb.
Sitat.info Musavat.com-a istinadla xəbər verir ki, 31 yaşlı jurnalist hələ 4 yaşında olarkən, 1999-cu il avqustun 17-də baş verən Mərmərə zəlzələsi zamanı dağıntılar altında qalıb və təxminən 5 saat sonra xilas edilib.
2 gün əvvəl baş verən faciə nəticəsində jurnalist Fateh Əray Tuna və onun həyat yoldaşı, 31 yaşlı Begüm Çetinkaya Tuna, eləcə də Fransa vətəndaşı olan 37 yaşlı Sintiya Fransin Mari Madlen Uper həyatını itirib. 5 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.
Faciə ilə bağlı digər təsirli məqam isə Fateh Əray Tuna ilə Begüm Çetinkaya Tunanın cəmi bir neçə ay əvvəl - iyulun 5-də ailə qurmasıdır.