Usta işlədiyi evdən 18 minlik qızıl oğurladı

Usta işlədiyi evdən 18 minlik qızıl oğurladı
HADİSƏ 31 Oktyabr 2026 10:32
Gəncədə mənzillərin birindən dəyəri 18 min manat olan qızıl-zinət əşyaları oğurlanıb.

Sitat.info xəbər verir ki, polisin keçirdiyi tədbirlərlə əməli törədən, həmin mənzildə usta işləyən Ç.Nəcəfov müəyyən edilərək saxlanılıb.Ustanın oğurladığı qızıl-zinət əşyalarını satdığı məlum olub.

Hazırda faktla bağlı araşdırma davam edir.