Maştağada velosipedçini avtomobil vuraraq ÖLDÜRÜB
Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Sitat.info xəbər verir ki, hadisə oktyabrın 29-da Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisində qeydə alınıb.
1959-cu il təvəllüdlü Ədalət Bədəlovun idarə etdiyi “VAZ-2109” markalı avtomobil yolun əks istiqamətində hərəkət edən velosipedçi, 1993-cü il təvəllüdlü Ülfət Hüseynovu vurub.
Nəticədə velosipedçi hadisə yerində ölüb.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.