Gürcüstanda Azərbaycan vətəndaşları  saxlanıldı

Gürcüstanda Azərbaycan vətəndaşları  saxlanıldı
SİYASƏT 31 Oktyabr 2026 13:32
Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya İdarəsi “xüsusi miqrasiya nəzarəti tədbirləri” həyata keçirib.

Sitat.info xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Kompleks tədbirlər nəticəsində Gürcüstanda “qanunsuz yaşayan” 61 xarici vətəndaş saxlanılıb. Onların arasında Tailand, Azərbaycan, Türkiyə, Rusiya, Belarus, İordaniya, Çin, Özbəkistan və Türkmənistan vətəndaşları da var.

Saxlanılan şəxslərin Gürcüstandan deportasiya üçün müvafiq prosedurlar həyata keçirilir.