Zelenski Türkiyədədir
Ukrayna Prezidenti Volodimir Zelenski Türkiyəyə səfər edib.
Sitat.info xəbər verir ki, Volodimir Zelenski bu barədə sosial media hesabında məlumat yayıb.
Zelenskinin təyyarəsi İstanbula enib.
O, paylaşımında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla danışıqlar aparacağını bildirib.
Ukrayna lideri Türkiyə ilə ikitərəfli tərəfdaşlığı, perspektivləri, Qara dənizdə gəmiçiliklə bağlı vacib məsələləri müzakirə edəcəklərini açıqlayıb.