Kəmaləddin Heydərovdan yeni təyinatlar

Kəmaləddin Heydərovdan yeni təyinatlar
Gündəm 31 Oktyabr 2026 19:17

Sumqayıt Regional Mərkəzinin rəisi, polkovnik Vaqif Fətullayev tutduğu vəzifədən azad edilib.

Sitat.info "Qafqazinfo"ya istinadən xəbər verir ki, bununla bağlı fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov əmr imzalayıb.

Nazirin digər əmri ilə o, Aran Regional Mərkəzinə rəis təyin olunub.

Sumqayıt Regional Mərkəzinin boş qalan rəis vəzifəsinə isə daha əvvəl Şimal-qərb Regional Mərkəzinə rəhbərlik etmiş polkovnik Vüqar Ağayev təyin edilib.

Vüqar Ağayev artıq Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzində yeni vəzifəsinin icrasına başlayıb.

Kəmaləddin Heydərovdan iki polkovniklə bağlı qərar - Foto

Fotoda: Vaqif Fətullayev