Fəxri idman işçisi vəfat etdi
Naftalanda Fəxri bədən tərbiyəsi və idman işçisi vəfat edib.
Sitat.info xəbər verir ki, Naftalan Uşaq-Gənclər İdman Məktəbinin (UGİM) keçmiş direktoru Fazil Əliyev dünyasını dəyişib.
Qeyd edək ki, Fazil Tofiq oğlu Əliyev 1993-2016-cı illərdə Naftalan Uşaq-Gənclər İdman Məktəbinin direktoru, 2016-2022-ci illərdə isə məşqçi-müəllim vəzifəsində çalışıb.
O, idman sahəsindəki xidmətlərinə və uzunmüddətli səmərəli fəaliyyətinə görə Gənclər və İdman Nazirliyinin 5 mart 2021-ci il tarixli, S-01 nömrəli qərarı ilə "Azərbaycan Respublikasının Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi" fəxri adına layiq görülüb. /oxu.az