Bağçalı Azərbaycana dəvət olundu
Milliyyətçi Hərəkat Partiyası (MHP) sədrinin baş müşaviri, partiyanın İdarə Heyətinin üzvü Esma Özdaşlı bildirib ki, partiya sədri Dövlət Bağçalı Azərbaycana dəvət olunub.
Sitat.info bu barədə modern.az-a istinadla xəbər verir.
O, qeyd edib ki, Bağçalının hazırkı iş qrafiki sıxdır. Bununla belə, Azərbaycana yaxın günlərdə səfər müzakirə olunur. Səfərlə bağlı yekun qərar veriləcək.
Söhbət zamanı Özdaşlı Bağçalının Azərbaycana dəstəyini də xüsusi vurğulayıb. O, Azərbaycan-Türkiyə dostluğunun sarsılmaz və toxunulmaz olduğunu, heç kimin bu münasibətlərə zərər verə bilməyəcəyini bildirib.