İlyana Yotova Bolqarıstan Prezidenti seçildi

İlyana Yotova Bolqarıstan Prezidenti seçildi
Dünya 02 Noyabr 2026 11:13
Bolqarıstan Mərkəzi Seçki Komissiyası bülletenlərin 99,66 faizinin sayılması ilə hazırkı Prezident İlyana Yotovanın prezident seçkilərinin ikinci turunda qalib gəldiyini açıqlayıb.

Sitat.info xəbər verir ki, Yotova səslərin 57,66 faizini, keçmiş baş nazir Andrey Qyurov isə 39,38 faizini toplayıb.

İlyana Yotova Bolqarıstan tarixində seçilən ilk qadın prezident olub.

Bolqarıstanda prezident beş illik müddətə seçilir.