“Kingsmart”da işçilərin əmək hüquqları belə pozulur - Şok iddialar

“Kingsmart”da işçilərin əmək hüquqları belə pozulur - Şok iddialar
SOSİAL 02 Noyabr 2026 10:50
Jurnalist İlkin Murdov “Kingsmart” mağazalar şəbəkəsində işçilərin əmək hüquqlarının pozulduğunu bildirir.

Sitat.info xəbər verir ki, işçilər ona müraciət edərək iş rejimi, əməkhaqqı və işdən çıxarılma qaydaları ilə bağlı narazılıqlarını bildiriblər.

Mağazalarda onlar uzun müddət 10 saatlıq iş rejimində çalışıblar, sonradan isə iş saatları 9,5 saata endirilib. 

İşçinin sözlərinə görə, əməkhaqqı bank kartlarına az köçürülür və kredit üçün müraciət edən zaman bank əməkhaqqının rəsmi olaraq daha aşağı göstərildiyini bildirir.

Müraciətdə həmçinin işdən ayrılmaq istəyən əməkdaşlardan 15 gün işləmələrinin tələb olunduğu, lakin bəzi işçilərin səbəb göstərilmədən işdən çıxarıldığı iddia edilir. İşçilər işdən ayrılarkən əməkhaqlarının tam ödənilmədiyini də bildirirlər.

 Artıq 10 nəfər əmək hüquqlarının pozulması ilə bağlı hüquqi şikayət verməyə hazırlaşır.

Məsələ ilə bağlı “Kingsmart” mağazalar şəbəkəsinin mövqeyini öyrənməyə çalışacağıq.

Seymur,

Sitat.info

“Kingsmart”da işçilərin əmək hüquqları belə pozulur - Şok iddialar