"Bakı və İrəvanın tezliklə sülh sazişini imzalayacağına ümid edirik" - KTMT baş katibi

\"Bakı və İrəvanın tezliklə sülh sazişini imzalayacağına ümid edirik\" - KTMT baş katibi
SİYASƏT 03 Noyabr 2026 16:55

“KTMT Azərbaycan və Ermənistan arasında hərtərəfli sülh sazişinin tezliklə imzalanacağına ümid edir”.

Sitat.info xəbər verir ki, bunu KTMT-nin baş katibi Talatbek Masadıkov deyib.

“Azərbaycan və Ermənistan arasında sabit dialoq illərlə yığılmış münaqişə potensialının azaldılmasına və əməkdaşlıq üçün uzunmüddətli infrastrukturun qurulmasına töhfə verir. İki dövlət arasında hərtərəfli sülh sazişinin tezliklə imzalanacağına ümid edirik”, - o bildirib.