Gəncədə avtomobillə moped toqquşdu - Foto
Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.
Sitat.info xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.
2005-ci il təvəllüdlü İsrail Orucov moped idarə edərkən onu “Chevrolet” markalı avtomobil vurub. Nəticədə İ.Orucov müxtəlif bədən xəsarətləri ilə Gəncə şəhər Birləşmiş Xəstəxanasına yerləşdirilib. Onun vəziyyəti orta-ağırdır.
Faktla bağlı araşdırma başlanılıb./qafqazinfo
