Sosial şəbəkədə söyüş yazan 28 yaşlı oğlan həbs edildi
Sosial şəbəkədə təhqir yazan İmişli sakini saxlanıldı.
Sitat.info xəbər verir ki, 28 yaşlı Nurlan Məmmədov (ad və soyad şərtidir) sosial şəbəkədə nalayiq ifadələr yazıb.
Bundan sonra o, polis şöbəsinə çağırıldıqda səs-küy salıb, polisin tələblərinə məhəl qoymayıb.
Bu əməllərinə görə onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510.2 və digər maddələrlə protokollar tərtib edilib.
Məhkəmədə ifadə verən N.Məmmədov törətdiyi əməllərə görə peşman olduğunu, bir daha təkrarlanmayacağını söyləyib.
Məhkəmənin qərarına görə, N.Məmmədov 10 gün inzibati qaydada həbs edilib.