Qazaxda 15 yaşlı yeniyetmə həmkəndlisini bıçaqlayıb

Qazaxda 15 yaşlı yeniyetmə həmkəndlisini bıçaqlayıb
HADİSƏ 04 Noyabr 2026 10:31
Qazaxda 15 yaşlı yeniyetmə həmkəndlisini bıçaqlayıb.

Sitat.info xəbər verir ki, hadisə rayonun Yuxarı Salahlı kəndində qeydə alınıb.

1993-cü il təvəllüdlü Xanlar Vəkilov müxtəlif xəsarətlərlə Qazax rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Onu həmkəndlisi olan 15 yaşlı yeniyetmə A.Gülməmmədov bıçaqlamaqda şübhəli bilinir. İlkin məlumata görə, hər iki şəxs spirtli içkinin təsiri altında olub.

Yeniyetmə həbs olunub.