Ötən ay metrodan pulsuz istifadə edənlərin sayı açıqlandı

Ötən ay metrodan pulsuz istifadə edənlərin sayı açıqlandı
HADİSƏ 03 Noyabr 2026 19:40

Oktyabr ayında sərnişinlər metro ilə 16 milyondan çox səfər ediblər.

Sitat.info xəbər verir ki, bu barədə Bakı Metropoliteni QSC məlumat yayıb.

Bildirilib ki, girişi ödənişsiz olan “Xocəsən” və “Avtovağzal” stansiyalarından, ümumilikdə 556 424 sərnişin istifadə edib.

Bu göstərici sentyabr ayı ilə müqayisədə 64 % artım deməkdir. 1 683 032 sərnişinlə “Koroğlu” stansiyası oktyabr ayına liderlik edib. 20 oktyabr 641 442 nəfərlə ayın ən çox sərnişin daşınan günü olub. NFC və QR bilet vasitəsilə ümumilikdə 8 879 685 ödəniş həyata keçirilib. Sentyabr ayı ilə müqayisədə rəqəmsal ödənişlərin sayı 15,9 % artıb. Gediş haqqının NFC ilə ödənilməsi oktyabr ayında bütün ödənişli sərnişinlərin 43,3 %-ni təşkil edib. “Əlçatan metro” xidmətindən ay ərzində 113 sərnişin yararlanıb”, - deyə məlumatda qeyd edilib.