Xəstəxanada külli miqdarda mənimsəmə

Xəstəxanada külli miqdarda mənimsəmə
KRİMİNAL 04 Noyabr 2026 10:40
Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının əməkdaşı külli miqdarda mənimsəmədə ittiham edilir.

Sitat.info xəbər verir ki, apa-nın əldə etdiyi məlumata görə, Kürdəmir Rayon Mərkəzi Xəstəxanası Maliyyə şöbəsinin Hesabatlıq bölməsinin hesabatlıq üzrə mütəxəssisi Vüqar Hüseynova Cinayət Məcəlləsinin 179.3.2, 308.2, 313-cü maddələri ilə ittiham irəli sürülüb.

İttihama görə, təqsirləndirilən Vüqar Hüseynov işlədiyi dövr ərzində 125 min manatdan çox vəsaiti mənimsəyib.

Onun istintaq dövründə ziyanın 45 min manatını ödədiyi bildirilir.

İstintaq dövründə onun barəsində polis nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

İş üzrə zərərçəkmiş şəxs qismində TƏBİB tanınıb.