"Seçdiyimiz peşə şərəfli olduğundan çətinlikləri hiss etmirik" - ADY əməkdaşı - VİDEO

\"Seçdiyimiz peşə şərəfli olduğundan çətinlikləri hiss etmirik\" - ADY əməkdaşı - VİDEO
SOSİAL 04 Noyabr 2026 14:55

ADY-nin Biləcəri lokomotiv deposunun əməkdaşı Ramin Həsənov lokomotivlərin texniki sazlığının təmin olunması və təhlükəsiz istismara hazırlanması prosesində iştirak edir.

Sitat.info xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC sosial şəbəkə hesabında paylaşım edib.

Ramin Həsənov elektron qurğular və yüksək gərginlikli avadanlıqlar üzrə mütəxəssis kimi fəaliyyət göstərdiyini bildirib.

“İşimizi sevirik. Seçdiyimiz peşə şərəfli olduğundan çətinlikləri hiss etmirik”, - deyə o qeyd edib.

ADY-nin paylaşımında vurğulanıb ki, Ramin Həsənov bütün işlərin öhdəsindən gəlmək gücünü əsl ailə və komanda ruhundan alır.