Qazaxda bıçaqlanan şəxs Səməd Vurğunun qohumu imiş

Qazaxda bıçaqlanan şəxs Səməd Vurğunun qohumu imiş
HADİSƏ 04 Noyabr 2026 16:40

Qazaxda bıçaqlanma hadisəsi baş verib.

Sitat.info apa-ya istinadən xəbər verir ki, rayon sakini 1993-cü il təvəllüdlü Xanlar Vəkilov bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Məlumata görə, o, həmyerlisi olan yeniyetmə tərəfindən mübahisə zəminində bıçaqlanıb. Hadisəni törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

Bildirilib ki, bıçaqlanan şəxs Xalq şairi Səməd Vurğunun əmisi nəvəsidir.

Fakt araşdırılır.