Finlandiyada azərbaycanlı dənizçiyə hökm oxundu
Helsinki məhkəməsi 2025-ci ilin dekabrında Fin körfəzində sualtı kabellərin zədələnməsi işi üzrə “Fitburg” yük gəmisinin iki ekipaj üzvü barəsində hökm çıxarıb.
Sitat.info xarici mediaya istinadən xəbər verir ki, məhkəmə gəminin kapitanı, Rusiya vətəndaşı Andrey Maksimenkonu 3 il 6 ay, yük gəmisinin bosmanı, Azərbaycan vətəndaşı Vüsal Məcidovu isə 2 il 10 ay müddətinə azadlıqdan məhrum edib.
Bununla yanaşı, məhkəmə hər iki şəxsi zərərlə bağlı təzminat ödəməyə məhkum edib. V.Məcidov və A.Maksimenko iz üzrə ittihamları qəbul etməyiblər.
Hadisə ötən il dekabrın 25-də baş verib. Sent-Vinsent və Qrenadin bayrağı altında üzən və Rusiyadan İsrailə gedən “Fitburg” quru yük gəmisi Tallin və Helsinki arasında iki sualtı telekommunikasiya kabellərini zədələməkdə təqsirləndirilib.
Bildirilib ki, “Fitburg” gəmisi Fin körfəzində sınıq lövbərini dənizin dibi ilə azı 130 kilometr məsafədə sürüyüb. Gəmi daha sonradan Finlandiya rəhbərliyi təfəindən dayandırılıb.