Abşeron rayonunda silsilə oğurluqlar edən şəxs saxlanıldı

Abşeron rayonunda silsilə oğurluqlar edən şəxs saxlanıldı
HADİSƏ 06 Noyabr 2026 14:51

Abşeron rayonunda silsilə oğurluq hadisələri qeydə alınıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Sitat.info-ya bildirilib ki, naməlum şəxs müxtəlif vaxtlarda rayon ərazisində yerləşən evin zirzəmisindən məişət əşyaları, tikiş sexi, yarımtikili və şirkətlərin birindən isə ümumilikdə 10 min 880 manat dəyərində elektrik avadanlıqları oğurlayıb.

O, əməllərini ört-basdır etmək üçün talama cinayətlərini törədərkən müşahidə kameralarını da yararsız vəziyyətə salıb. Abşeron rayonunda polisin keçirdiyi tədbirlərlə oğurluq əməllərini törədən D.Həsənov müəyyən olunaraq saxlanılıb.

Faktlarla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarına əsasən saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.