Cinayətdə şübhəli bilinən 67 nəfər tutuldu

Cinayətdə şübhəli bilinən 67 nəfər tutuldu
HADİSƏ 06 Noyabr 2026 10:10
Noyabrın 5-də ölkə ərazisində qeydə alınan 54, əvvəlki dövrlərdən bağlı qalan 15 cinayətin açılması polis tərəfindən təmin olunub.

DİN-in Mətbuat Xidmətindən Sitat.info-ya verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 99, o cümlədən borclu şəxs qismində axtarışda olan 72 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.      

Narkotiklərlə əlaqəli 28, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 2 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 67 nəfər saxlanılıb.