Bakıda polkovnik avtomobili ilə qadını vurub öldürdü
Bakı sakini avtomobillə qarajdan çıxarkən qəza törədib
Sitat.info Oxu.az-a istinadla xəbər verir ki,, hadisə paytaxtın Yasamal rayonu, Naxçivani küçəsi, ev 15 ünvanında yerləşən çoxmərtəbəli binanın yeraltı dayanacağının qarşısında baş verib.
1958-ci il təvəllüdlü Həsən Arif oğlu Seyidbəyov idarə etdiyi "Mitsubishi Outlander" markalı avtomobillə qarajdan çıxarkən 1955-ci il təvəllüdlü Esmira Həsənağa qızı Sadıqovanı vurub. Piyada aldığı xəsarətlərdən xəstəxanada ölüb.
Faktla bağlı cinayət işi başlanılıb.
Qeyd edək ki, H.Seyidbəyov polkovnikdir və yüksək vəzifədə çalışır.