Azərbaycanda "Uber"in adı dəyişdirildi
Azərbaycanda fəaliyyət göstərən "Uber" taksi sifarişi xidmətinin adı dəyişdirilib.
Sitat.info FED.az-a istinadla xəbər verir ki, platforma bundan sonra "Heetch AZ" adı ilə fəaliyyət göstərəcək.
Belə ki, tətbiqin açıqlamasında "Uber AZ"ın artıq "Heetch" olduğu və sadəcə adının dəyişdirildiyi bildirilib.