Tanınmış jurnalist vəfat etdi

Tanınmış jurnalist vəfat etdi
HADİSƏ 06 Noyabr 2026 17:07

Tanınmış yazıçı, publisist və veteran jurnalist Əlövsət Polad vəfat edib.

Sitat.info xəbər verir ki, o, 83 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Ə. Polad 1943-cü ildə Neftçalanın Züd-Ost Qoltuq kəndində anadan olub. 1973-cü ildən rayonun mətbuat orqanı "Gündoğar" qəzetində çalışıb, eyni zamanda Azərbaycan radiosunun "Xəbərlər" proqramı ilə əməkdaşlıq edib.

1990-cı ildən bədii yaradıcılığa başlayıb. "Bitməmiş povestlər" (2004), "Mənim dünyam", "Yazılan qalır", "Qalan yazılarım", "Narahatlıq", "Qurama", "Qiyamət" (2017) və "Ölümə hazırlıq" kimi kitabların müəllifidir (oxu.az).