Tramp Oval kabineti “milli abidə” elan etdi

Tramp Oval kabineti “milli abidə” elan etdi
Dünya 06 Noyabr 2026 15:22

ABŞ Prezidenti Donald Tramp Ağ Ev kompleksində yerləşən Oval kabineti “milli abidə” kimi tanıyan sənəd imzalayıb.

Sitat.info xəbər verir ki, Tramp bu addımla Oval kabinetdə gələcəkdə ediləcək dəyişikliklərin Konqresin təsdiqinə təqdim olunmasına şərait yaradıb.

Tramp açıqlamasında bildirib ki, Oval kabinetdə mühüm qələbələr əldə edilib. O, bu məkanın milli abidə elan edilməsi ilə gələcəkdə onun dəyişdirilməsinin və ya dağıdılmasının qarşısının alınacağını deyib.

Sənəd Konqres tərəfindən də təsdiqlənərsə, gələcəkdə ABŞ prezidentləri Oval kabinetdə və Nazirlər Kabineti otağında dəyişiklik etmək üçün Konqresin razılığını almalı olacaqlar.

Aytac,

Sitat.info