Neymarın atası "Santos"un baş direktoru oldu

Neymarın atası \"Santos\"un baş direktoru oldu
İdman 07 Noyabr 2026 11:38
Braziliyanın “Santos” klubunun hücumçusu Neymarın atası Neymar da Silva komandanın baş direktoru vəzifəsinə təyin edilib.

Sitat.info Teleqraf-a istinadla xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Neymar dekabr ayına qədər klubun planlaşdırılmasında strateji mövqe tutacaq. Dekabrın 12-də keçiriləcək prezident seçkilərində Marselo Teyşeyra yenidən seçilərsə, Neymarın atası vəzifəsində qalacaq.

Qeyd edək ki, Neymar 2025-ci ildən “Santos”da çıxış edir. Onun klubla müqaviləsi 2026-cı il dekabrın 31-də başa çatır.

34 yaşlı futbolçu bu mövsüm “Santos”un heyətində 27 oyun keçirib, 10 qol vurub və 8 məhsuldar ötürmə edib.