Ermənistan bu ölkədən külli miqdarda raket alır

Ermənistan bu ölkədən külli miqdarda raket alır
Dünya 06 Noyabr 2026 19:14

Hindistan "Pinaka" raket artilleriyası proqramını genişmiqyaslı şəkildə genişləndirməyə doğru irəliləyir. Hazırda təxminən 4000 raketin tədarük prosesi həyata keçirilir.

Sitat.info xəbər verir ki, bu barədə “İndian Defense Nyus” saytı məlumat yayıb.

Məlumata görə, bu raketlərin iki mini Hindistan ordusu, qalan iki mini isə Ermənistan üçün nəzərdə tutulub.

Bildirilib ki, raketin istehsal işlərinə “Munitions İndia Limited”, “Solar İndustries İndia” və “Bharat Forge” şirkətləri cəlb ediləcək.