Santyaqo Penya ev dustağı edildi

Santyaqo Penya ev dustağı edildi
Dünya 07 Noyabr 2026 09:00
Paraqvayın keçmiş prezidenti, impiçment nəticəsində vəzifəsindən uzaqlaşdırılan Santyaqo Penya ev dustaqlığındadır.

Sitat.info xarici mətbuata istinadən xəbər verir ki, sabiq dövlət başçısının dindirilməyə noyabrın 7-də Bakı vaxtı ilə saat 18:00-da gətirilməsi planlaşdırılır.

Daha əvvəl Paraqvay Senatı "Ueno Bank" bankı ətrafındakı qalmaqal fonunda Penyanın vəzifəsindən uzaqlaşdırılmasına səs verib. Bundan sonra vitse-prezident Pedro Alyana yeni dövlət başçısı kimi and içib.