Avtomobilin vurduğu piyada 3 gün sonra öldü - Foto
Bakıda yol qəzasında ağır xəsarət alan şəxs vəfat edib.
Sitat.info xəbər verir ki, hadisə noyabrın 3-ü Nizami rayonu ərazisində qeydə alınıb.
“Ford Transit” markalı avtomobil 65 yaşlı Süleymanov Mehman İbrahim oğlunu vurub. Sabunçu Tibb Mərkəzinə yerləşdirilən yaralı noyabrın 6-sı dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır