Neftimiz bu gün də bahalaşdı

Neftimiz bu gün də bahalaşdı
İQTİSADİYYAT 07 Noyabr 2026 10:17
Dünya bazarlarında “Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşıb

Sitat.info xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,62 dollar və ya 0,58% artaraq 107,46 ABŞ dolları olub.

Qeyd edək ki, ötən gün neftimiz 106,84 ABŞ dollarına ticarət edilib.

Xatırladaq ki, “Azeri Light”ın ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları təşkil edib.

Builki dövlət büdcəsində “Azeri Light”ın 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.