General-leytenant rütbəsi alan Zaur Rüstəmov kimdir? -DOSYE

General-leytenant rütbəsi alan Zaur Rüstəmov kimdir? -DOSYE
SİYASƏT 07 Noyabr 2026 13:45
Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi barədə Sərəncam imzalayıb.

xəbər verir ki, Prezident İlham Əliyevin Sərəncamı ilə  Zaur Zeynalabdul oğlu Rüstəmov "General-leytenant" hərbi rütbəsi alıb. 

Generar-leytenant rütbəsinə yüksələn Zaur Zeynalabdul oğlu Rüstəmov 1975-ci ildə İsmayıllıda anadan olub. Azərbaycan Hərbi Hava Qüvvələrinin mənsubudur. Türkiyədə də hərbi təhsil alıb. 1996-cı ildə Azərbaycanın ilk milli hərbi təyyarəçiləri olaraq vətənə qayıdanlar arasında olub. Azərbaycan Ordusun 100 illiyinə həsr olunmuş paradda və 8 noyabr Zəfər paradında  təyyarəçilərə öndərlik edib.