"BakuBus" maşın ilə toqquşub-Sürücü xəsarət aldı

\"BakuBus\" maşın ilə toqquşub-Sürücü xəsarət aldı
HADİSƏ 07 Noyabr 2026 12:17
Bakının Yasamal rayonunun Yeni Yasamal yaşayış massivində baş verən yol-nəqliyyat hadisəsində xəsarət alan olub.

Sitat.info xəbər verir ki, bu gün səhər 07:29-da Yeni Yasamal yaşayış massivinin Əsəd Əhmədov küçəsində baş verən qəza zamanı "Xaliq Faiqoğlu" MMC-yə məxsus 99-JX-216 dövlət qeydiyyat nişanlı 77 nömrəli marşrut avtobusu ilə 77-SY-140 dövlət qeydiyyat nişanlı "Toyota Aqua" markalı minik avtomobili toqquşub.

Hadisə nəticəsində avtomobilin sürücüsü xəsarət alıb./oxu.az