“Taksi sürücüləri ilə dostlaşmışam, evlərinə qonaq da gedirəm”   

“Taksi sürücüləri ilə dostlaşmışam, evlərinə qonaq da gedirəm”   
SOSİAL 07 Noyabr 2026 16:47

“Elə taksi sürücüləri var ki, onlarla evli kimiyəm. Hətta birinin evinə qonaq da getmişəm. Xaçmazda olanda zəng vurdum ki, gəlirəm. Getdim, gördüm ki, bizə gözəl süfrə açıblar”.

Sitat.info xəbər verir ki, bu sözləri Əməkdar artist Elza Seyidcahan “Kəşfet” proqramında danışıb. Avtomobilinin olmadığını deyən müğənni taksidən çox istifadə etdiyini söyləyib:

“Xanımı bizə qaz əti bişirmişdi. Çox da gözəl idi. Taksidə gəzəndə nə olur ki... Avtomobilim yoxdur. Almağı düşünürəm. Amma kredit yox, nəğd pulla alacağam. Mən cip sevirəm. Rayonlarda, yollarda oluram. Uşaqlıqda “Niva“ sevirdim”. /axşam.az