Şəkidə piyadanı maşın vurdu

Şəkidə piyadanı maşın vurdu
HADİSƏ 07 Noyabr 2026 16:20

Şəkidə avtomobil piyadanı vuraraq öldürüb.

Sitat.info xəbər verir ki, hadisə bu gün saat 11 radələrində Şəki şəhəri ərazisində baş verib.

Arif Səlimov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolun kənarındakı 58 yaşlı İlqar Musayevi vurub. İ.Musayev aldığı xəsarətlərdən xəstəxanada vəfat edib.

Faktla bağlı araşdırma aparılır.