"AzTəsərrüfat" MMC 200-ə yaxın fermerin pambıq pulunu vermir - 2.6 milyon manat borc 

SOSİAL 07 Noyabr 2026 19:43

Fermerlər “AzTəsərrüfat” MMC-nin pambıq tədarükünə görə ödənişləri həyata keçirmədiyini bildirirlər.

Sitat.info xəbər verir ki, fermerlərin sözlərinə görə, onlar 2024–2025-ci illərdə şirkətin Salyan Aqroparkı Pambıq Qəbulu Məntəqəsi ilə müqavilə əsasında pambıq yetişdiriblər. Məhsulu məntəqəyə təhvil versələr də, ödənişlər tam həyata keçirilməyib.

Təsərrüfatçılar bildiriblər ki, 200-ə yaxın fermerə ümumilikdə 2,6 milyon manat borc ödənilməyib. Onların sözlərinə görə, artıq bir ildir davam edən problem hələ də həllini tapmayıb.