Yaponiyada zəlzələ oldu

Yaponiyada zəlzələ oldu
Dünya 07 Noyabr 2026 17:47

Yaponiyanın İbaraki prefekturası sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib.

Sitat.info xəbər verir ki, bu haqda Yaponiya Meteorologiya Agentliyi məlumat yayıb.

Yeraltı təkanlar yerli vaxtla saat 20:07-də ​​qeydə alınıb. Zəlzələnin episentri təxminən 20 km dərinlikdə yerləşib, təkanların maksimal intensivliyi isə Yaponiyanın yeddi ballıq seysmik şkalası üzrə 3 bala çatıb.