"Ölkəmizin Aİ-yə üzvlüyü ilə bağlı referendum saxtalaşdırılıb" - Slovakiyanın baş naziri 

\"Ölkəmizin Aİ-yə üzvlüyü ilə bağlı referendum saxtalaşdırılıb\" - Slovakiyanın baş naziri 
Dünya 07 Noyabr 2026 19:32

"2003-cü ildə Slovakiyanın Avropa İttifaqına (Aİ) üzvlüyü ilə bağlı keçirilən referendumun nəticələri saxtalaşdırılıb".

Sitat.info TASS-a istinadən xəbər verir ki, bunu Slovakiyanın Baş naziri Robert Fitso deyib.

"Slovakiya 2004-cü ildə Aİ-yə daxil olanda burada böyük ruh yüksəkliyi var idi. Biz referendum keçirdik və onun nəticələri saxtalaşdırılmasaydı, səsvermə uğurla nəticələnməzdi. Bunu demək lazımdır. Səslərin fərqi o qədər cüzi idi ki, fikrimcə, Slovakiyanın bu təşkilata üzvlüyünün təsdiqlənməsi üçün müəyyən düzəlişlər edilib", - deyə o bildirib.

Bununla yanaşı, Fitsonun sözlərinə görə, referendum keçirilən zaman Slovakiyada hakimiyyətdə olan partiyalar, eləcə də özünün təmsil etdiyi siyasi qüvvə ölkənin Aİ-yə üzvlüyünü dəstəkləyib.

Xatırladaq ki, Slovakiyanın Aİ-yə üzvlüyü ilə bağlı referendum 2003-cü ilin mayında keçirilib. Seçicilərin 52 faizi səsvermədə iştirak edib və onların böyük əksəriyyəti ölkənin Avropa İttifaqına qoşulmasının lehinə səs verib.