Şahbaz Şərifdən Zəfər Günü təbriki 

Şahbaz Şərifdən Zəfər Günü təbriki 
Dünya 08 Noyabr 2026 11:32

Pakistanın Baş naziri Şahbaz Şərif Azərbaycan xalqını 8 Noyabr - Zəfər Günü münasibətilə təbrik edib.

Sitat.info  xəbər verir ki, bu barədə o, “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib. 

“Zəfər Gününün altıncı ildönümündə əziz qardaşım, Azərbaycan Prezidenti İlham Əliyevə, eləcə də cəsur və qardaş Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırıram. 8 noyabr, təxminən otuz il sonra ərazi bütövlüyünü bərpa edən Azərbaycan xalqının cəsarətinin, qətiyyətinin və fədakarlığının tarixi sübutudur. Bu zəfəri mümkün edən şəhidlərin xatirəsini ehtiramla yad edirik.

Pakistan həmin dövrdə də Azərbaycanın yanında olmaqdan qürur duyurdu, bundan sonra da onu hər zaman dəstəkləməyə davam edəcək. Ötən il Bakıda keçirilən və Prezident İlham Əliyevlə birlikdə iştirak etmək şərəfinə nail olduğum Zəfər Günü paradı xalqlarımız arasındakı sarsılmaz bağları əyani şəkildə nümayiş etdirdi”, - paylaşımda deyilir.

Şahbaz Şərif həmçinin Azərbaycana daim inkişaf etməyi, Cənubi Qafqaza isə möhkəm sülh və ümumi rifaha doğru addımlamağı arzulayıb.