Hörmüzdə daha iki tanker minaya düşərək partladı 

Hörmüzdə daha iki tanker minaya düşərək partladı 
HADİSƏ 08 Noyabr 2026 11:55

Hörmüz boğazında daha iki tanker minaya düşüb.

Sitat.info xəbər verir ki, bu barədə SEPAH məlumat yayıb.

“Bir neçə dəqiqə əvvəl, qaydaları pozan iki tanker — biri Hörmüz boğazının şərqində, digəri isə birbaşa boğazın daxilində — minalarla toqquşaraq partladı. Gəmilər İran tərəfindən icazə verilməyən marşrutla hərəkət etməyi planlaşdırmışdılar”, - məlumatda qeyd olunub.

SEPAH-ın məlumatına görə, gəmilər naviqasiya və identifikasiya sistemlərini söndürərək, qadağan olunmuş marşrutla boğazdan çıxmağa cəhd ediblər.