Dəhşətli qəza-Piyadanı vurub öldürdü
Bakı-Sumqayıt magistral yolunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Sitat.info xəbər verir ki, adisə yolun Xırdalan şəhərindən keçən hissəsində qeydə alınıb.
Belə ki, avtomobil yolu keçən piyadanı vurub. Ağır xəsarətlər alan piyada hadisə yerindəcə ölüb.
Əraziyə aidiyyəti qurumların əməkdaşları cəlb olunub. Hazırda piyadanın şəxsiyyəti dəqiqləşdirilir.
Hadisənin başvermə səbəbi araşdırılır./report