Bakıda dəhşət: 33 yaşlı kişi bıçaqlandı

Bakıda dəhşət: 33 yaşlı kişi bıçaqlandı
HADİSƏ 09 Noyabr 2026 09:53
Bakının Sabunçu rayonunda dava zamanı bir nəfər bıçaqlanıb.

Sitat.info xəbər verir ki, hadisə Sabunçu qəsəbəsində baş verib.

Belə ki, 1993-cü il təvəllüdlü Mehdiyev Nəcməddin Fəxrəddin oğlu onun ünvanın qeyri etik ifadə işlədən şəxslə əlbəyaxa dava edib.

Dava zamanı Mehdiyev bıçaqlanıb. O, döş qəfəsinin kəsilmiş-deşilmiş xəsarətləri ilə Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsində araşdırma aparılır.

//Teleqraf