İşləmək üçün Rusiyaya gedən Azərbaycan vətəndaşı qəfil vəfat etdi

İşləmək üçün Rusiyaya gedən Azərbaycan vətəndaşı qəfil vəfat etdi
HADİSƏ 09 Noyabr 2026 10:37
Azərbaycan vətəndaşı Rusiyada qəfil vəfat edib.
Sitat.info xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Vənənd kənd sakini Rahil Həsənov Moskva şəhərində qəfil dünyasını dəyişib.
İlkin məlumata görə, o, ürək çatışmazlığından vəfat edib.
Mərhumun nəşi doğma rayonuna gətirilib və orada dəfn olunub. Məlumata görə, Rahil Həsənov Rusiyaya işləmək məqsədilə gedibmiş./oxu.az/