Ağcabədidə qəza baş verdi, xəsarət alan var
Ağcabədi rayonunda yol-nəqliyyat hadisəsi baş verib, xəsarət alan var.
Sitat.info xəbər verir ki, hadisə rayonun Hindarx qəsəbəsində qeydə alınıb.
Ağdam rayon sakini Şirinov Elxan Ələkbər oğlu idarə etdiyi “Mercedes” markalı avtomobillə hərəkətdə olarkən Hindarx qəsəbə sakini, 1988-ci il təvəllüdlü Elmin Rüstəmovu vurub.
Müxtəlif dərəcəli bədən xəsarətləri alan piyada Ağdam Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Ona ilkin tibbi yardım göstərildikdən sonra Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına göndərilib.
Faktla bağlı araşdırma aparılır.