“Gələn həftə Si Cinpin və Putinlə görüşə bilərəm”

“Gələn həftə Si Cinpin və Putinlə görüşə bilərəm”
Dünya 09 Noyabr 2026 10:20
Gələn həftə Si Cinpin və Putinlə görüşə bilərəm”.

Sitat.info xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Merilendə uçuşundan əvvəl hava limanında jurnalistlərin suallarını cavablandırarkən deyib.

O, gələn həftə Çində keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Zirvəsi (APEC) çərçivəsində Çin Sədri Si Cinpin və Rusiya Prezidenti Vladimir Putinlə bir araya gələ biləcəyini bildirib.

Liderlərlə mümkün görüşlərin gündəmində qlobal təhlükəsizliyin əsas problemlərinin dayandığını qeyd edən Tramp müzakirə olunacaq mövzulara toxunub. O, qarşıdakı görüşlərin “olduqca maraqlı” keçəcəyini vurğulayaraq, xüsusilə nüvə silahsızlanması və Yaxın Şərqdə, o cümlədən İranda müharibənin dayandırılması məsələlərinin masada olacağını qeyd edib.